28 
Iyn
2022
14:42
792

Gürcüstan xaricə nə qədər buğda və arpa satır?

Gürcüstan 2022-ci il iyulun 4-dən gələn il iyulun 4-dək ölkədən buğda və arpa ixracını qadağan edəcək. 

 lnterPress.ge xəbər verir ki, qeyd edilən qərar artıq hökumət tərəfindən qəbul edilib. 

Ətraf Mühit və Kənd Təsərrüfatı Naziri Otar Şamuqiyanın dediyinə görə, bölgədəki vəziyyəti nəzərə alaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yerli istehsal olunan buğda və arpanın yalnız daxili bazarda satılması vacibdir.

2021-ci ildə Gürcüstandan 2357 ton (612 min dollar) dəyərində arpa ixrac edilib. Buradan ən böyük miqdar İraqda satılıb - 1195 ton (337,6 min dollar dəyərində). İkinci yerdə Türkiyə - 733 ton (169,3 min dollar), üçüncü yerdə isə Səudiyyə Ərəbistan 159 ton (40,9 min dollar dəyərində) qərarlaşıb.

Yerli buğda ixracına gəlincə, ötən il Gürcüstan buğdası 3 ölkədə satılıb:

Ermənistan - 1468 ton (365,4 min dollar)
Türkiyə - 49,4 ton (16,7 min dollar)
Ukrayna - 40 ton (10,8 min dollar)

Ümumilikdə, 2021-ci ildə Gürcüstandan 393 min dollar dəyərində 1557 ton buğda ixrac edilib.
.
 

Bizimlə əlaqə saxlayın