İyunun 20-dən 26-dək Gürcüstanda 1058 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.
Sağalanların sayına gəldikdə isə, 646 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 642 476 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, koronavirusdan 2 nəfər ölüb və ölənlərin ümumi sayı 16 841 nəfər təşkil edib.
