İstintaq Xidməti külli miqdarda dövlət vəsaitini mənimsəyən bir nəfəri saxladı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Kaxeti Rayon Prokurorluğu ilə razılaşdıraraq həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, saxta sənədlər hazırlamaq və istifadə etməklə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinən bir nəfəri cinayət məsuliyyətinə cəlb ediblər.
lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayıb.
Qurumdan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs rəhbərlik etdiyi müəssisə adından təbii fəlakət nəticəsində zədələnmiş evlərin dam örtüyünün bərpası üçün Kaxeti rayonunun bələdiyyələrindən birinin meriyası ilə 999 270 lari dəyərində dövlət satınalma müqaviləsi bağlayıb, bundan sonra təqsirləndirilən şəxs qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə işlərin görülməsi ilə bağlı saxta sənədlər hazırlayıb, bu sənədlərə artan həcmlər daxil etməklə, həddindən artıq tələb edərək 244.623 larini dələduzluq yolu ilə mənimsəyib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 362 və 210-cu maddələrinin birinci hissəsi və 180-ci maddəsinin üçüncü hissəsi ilə 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan istintaq aparılır.


