20 
Iyn
2022
15:20
337

Bankların mənfəəti bir ayda bu qədər artıb

2022-ci ilin may ayında kommersiya banklarının xalis mənfəəti 159,034 milyon lari təşkil edib. Bu, aprel ayı ilə müqayisədə 49,640 milyon lari çox, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 21,083 milyon lari azdır.

lnterPress.ge xəbər verir  ki, 2022-ci ildə banklar üçün aylar üzrə xalis mənfəət belədir:
Yanvar - 212,695 milyon lari;
fevral - 90,610 milyon lari;
Mart - 110,181 milyon lari;
aprel - 109,394 milyon lari;
May - 159,034 milyon lari.

Eyni zamanda, Milli Bankın saytında dərc olunan statistikaya əsasən, 2022-ci ilin may ayında kommersiya banklarının gəlirləri 581,944 milyon laridir, bunun da faiz gəlirləri 455,190 milyon lari təşkil edib. May ayında kommersiya banklarının xərcləri 385,015 milyon lari təşkil edib.

Eyni statistik məlumatlara görə, banklar tərəfindən alınan cərimə 7,530 milyon lari, konversiya əməliyyatlarından isə, xalis mənfəət 73,954 milyon lari təşkil edib.

 


 

Bizimlə əlaqə saxlayın