20 
Iyn
2022
10:59
348

Mixail Saakaşvilinin məhkəməsi bu günə təyin edilib

7 noyabr işi üzrə, Gürcüstanın keçmiş prezidenti, təqsirləndirilən Mixail Saakaşvilinin məhkəməsi bu gün, saat 13:00-a təyin edilib.

Mixail Saakaşvili səhhətinə görə məhkəmədə iştirak edə bilməyəcək. Müvafiq olaraq, bugünkü iclas, keçmiş proseslər kimi, təxirə salınacaq.

Məlumat üçün bildirək ki, dövlət ittihamnaməsində Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də etirazçıların kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə müdaxilədə və Badri Patarkaçişvilinin əmlakını cinayətlə ələ keçirməkdə ittiham olunur.

Gürcüstanın keçmiş prezidentinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlətin hüquqlarının əsaslı şəkildə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bu iş üzrə Saakaşvili ilə yanaşı, Vano Merabişvili, Zurab Adeişvili, Davit Kezeraşvili və Qiqi Uqulava da təqsirləndirilir.

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın