17 
Iyn
2022
11:00
629

Gürcüstanda beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər artıb

2022-ci ilin may ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Gürcüstanda beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər təxminən 4 dəfə (3,5 dəfə) artıb.

InterPress.ge xəbər verir ki,  bu barədə Milli Bankın saytında dərc olunan məlumatda deyilir.

Bu ilin may ayında əcnəbi səyahətçilərdən əldə olunan gəlir bir il əvvəl 73,8 milyon dollar təşkil edərkən, bu göstərici cari ilin may ayında 258,6 milyon dollar təşkil edib. 2020-ci ilin may ayında səyahət gəliri 9,1 milyon dollar olub.

Qeyd etmək lazımdır ki, keçən il belə aşağı göstərici koronavirus pandemiyası və səyahət məhdudiyyətləri ilə əlaqədar olub.

2022-ci ilin ilk aylarının statistikasına gəlincə, Milli Bank-ın məlumatına görə, aprel ayında Gürcüstan beynəlxalq səyahətlərdən 188,6 milyon dollar əldə edib,  martda - 174,5 milyon dollar; fevralda - 105,2 mln; yanvarda - 114 milyon ABŞ dolları.

Bizimlə əlaqə saxlayın