15 
Iyn
2022
11:26
8941

Gürcüstan vətəndaşları artıq bu ölkələrə vizasız gedə biləcək

Gürcüstanla Birləşmiş Ərəb Əmirlikləri arasında vizasız rejim iyunun 14-dən qüvvəyə minib.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, müqaviləyə əsasən, iki ölkənin ümumvətəndaş pasportuna malik olan şəxslər ölkəyə vizasız, tranzitsiz daxil ola və giriş tarixindən doxsan gündən çox olmayan müddətə qarşı tərəfin dövlətinin ərazisində ola biləcəklər.

“Həyata keçirilən dəyişikliklərlə Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının gediş-gəlişini asanlaşdırmağa xidmət edən “Gürcüstan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında 2017-ci ildə Diplomatik və Xüsusi/Xidmət Pasportlarının Sahibləri üçün Vizasız Səyahət haqqında” Anlaşma Memorandumu genişləndirilib”, - deyə məlumatda qeyd olunub.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər