14 
Iyn
2022
11:06
316

Marneulidə açıq qapı günü keçirilib

Marneuli Bələdiyyəsində “Lomtagora Firm” MMC-nin təşkilatçılığı ilə buğda seleksiyası-nümayiş açıq qapı günü keçirilib. 

lnterPress.ge xəbər verir ki, tədbirdə ətraf mühit və kənd təsərrüfatı nazirinin birinci müavini Qiorqi Xanişvili iştirak edib.

"Lomtaqora təsərrüfatında buğda toxumu materialı yetişdirilir. Artıq Gürcüstanda buğda sortlarımız var ki, bu da bizə 7-8-10 ton məhsul verir. Düşünürük ki, bu addımlar təkcə toxumluq deyil, bütövlükdə ərzaq buğdası istehsalı üçün də müstəqilliyimizin yüksəlişinə töhfə verəcək. Dövlət buğda və dənli bitkilərin inkişafına yönəlmiş proqramlar planlaşdırır və gələcəkdə də həyata keçirəcək”, - deyə Qiorqi Xanişvili bildirib. 

Açıq qapı günündə həm dünya seleksiyası növləri, həm də gürcü yerli seleksiyası və endemik-aborigen sortları təqdim olunub.

Tədbirdə Gürcüstan Parlamentinin Aqrar Komitəsinin Aparatının, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Elmləri Akademiyasının və sahə birliklərinin nümayəndələri və yerli fermerlər iştirak ediblər.

 

 

Bizimlə əlaqə saxlayın