11 
Iyn
2022
10:42
947

Bolqarıstan komandasının avtobusu Gürcüstanda qəzaya uğradı

Bolqarıstan komandasının avtobusu Gürcüstanda qəzaya uğrayıb. 

InterPress.ge xəbər verir ki, qəza nəticəsində futbolçulardan biri Todor Nedelev yaralanaraq xəstəxanaya aparılıb, komandanın digər üzvləri xəsarət almayıb.

Qəza Tbilisidə hava limanından otelə gedən yolda baş verib. Milli komandanın üzvləri UEFA-nın tələblərinə uyğun olaraq iki avtobusa yerləşdirilib və onları polis müşayiət edib. Məlumata görə, avtobuslardan biri digəri ilə toqquşub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, iyunun 12-də Millətlər Liqası çərçivəsində “Dinamo Arena”da Gürcüstan-Bolqarıstan futbol matçı keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər