Vahid Milli İmtahanların keçiriləcəyi tarix məlum oldu
"Vahid Milli İmtahanlar iyulun 4-də gürcü dili və ədəbiyyatı imtahanı ilə başlayacaq".
lnterPress.ge xəbər verir ki, bu barədə təhsil və elm nazirinin müavini Nunu Miçkeviç brifinqdə bildirib.
Onun sözlərinə görə, bu il imtahanlarda maska taxmaq vacib olmyacaq. Bununla belə, nazir müavini qeyd edib ki, abituriyentdə kovid təsdiqləndiyi halda onlar üçün əlavə sessiya təyin olunacaq və onlar imtahan prosesindən kənarda qalmayacaqlar.
Nunu Miçkeviçin qeyd etdiyinə görə, tələbə qrant müsabiqəsində iştirak etmək istəyənlər iyulun 6-da imtahan verə biləcəklər. Müəllimlər iyulun 6-dan imtahan prosesinə cəlb olunacaqlar -Müəllimlərin Fənn və Peşə Bacarıqları İmtahanlarına yazılanlar üçün imtahanlar iyulun 25-dək davam edəcək.
“Magistrliyə namizədlərə gəlincə, onlar üçün imtahan iyulun 26-27-də keçiriləcək.
2022-ci ildə imtahanlarda iştirak etmək istəyənlər üçün qeydiyyat statistikası belədir:
41 000-dən çox abituriyent Vahid Milli İmtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçib;
2500-dən çox tələbə Tələbə Qrant Müsabiqəsi üçün qeydiyyatdan keçib;
Ümumi Magistr İmtahanı üçün 9500-dən çox magistratura tələbəsi qeydiyyatdan keçib;
“Müəllim fənn və peşə bacarıqları” imtahanında iştirak etmək üçün ümumilikdə 34500-dən çox şəxs qeydiyyatdan keçib (19500-ü fənn imtahanı, 2500-dən çoxu Böyük Müəllimlər üçün imtahan, 12500-dən çoxu “Aparıcı və Mentor Müəllim” imtahanı üçün qeydiyyatdan keçib ).
İmtahanın keçirilmə tarixi, imtahanın elan olunma vaxtı və imtahan mərkəzinin ünvanı barədə ətraflı məlumat imtahan verənlərin iyun ayının ikinci yarısından etibarən qeydiyyat səhifəsindən çap edə biləcəkləri xüsusi kartda göstəriləcək”, - deyə Miçkeviç bildirib.
Brifinqdə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin rəhbəri Sofio Qorqodze bildirib ki, bu il üçüncü fənnin seçimi genişləndirilir və abituriyentlər tarix və riyaziyyatdan başqa digər fənləri də seçə bilərlər.
“Bu, bu il Vahid Milli İmtahanlarda əsas xəbərlərdən biridir. Bu fənləri artıq abituriyentlər seçiblər ", - deyə Qorqodze bildirib.
Lakin onun sözlərinə görə, əgər abituriyentdə imtahan günü covid təsdiq edilsə, onun üçün əlavə sessiya təyin olunacaq.
“Bu barədə iyul ayında ətraflı məlumat verəcəm. İmtahan neçə abituriyentdə covid təsdiq olunacağından asılıdır və biz buna uyğun olaraq əlavə sessiyalar planlaşdıracağıq "- deyə Qorqodze qeyd edib.


