Bu gün tibb işçiləri növbəti aksiya keçirəcək
Bu gün həmkarlar ittifaqı və təcili tibbi yardım işçilərinin növbəti aksiyası keçiriləcək.
lnterPress.ge xəbər verir ki, aksiya saat 12:00-da, Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin inzibati binasının qarşısında başlayacaq.
Qeyd edək ki, həkimlərin və sürücülərin yeganə tələbi maaşların artırılmasıdır.
“Həkimlər və sürücülər maaşların 100 faiz artırılmasını tələb edirlər. Onlar gündəlik həyatlarını riskə ataraq işləyirlər və onların əmək hüquqları qorunmalı və qiymətləndirilməlidir. Həmkarlar ittifaqı və tibb ittifaqı qanun çərçivəsində tibb işçilərinə hər cür hüquqi və fiziki yardım göstərməyə hazırdır”, - deyə həmkarlar ittifaqı sədrinin müavini Lavrenti Alaniya bir neçə gün əvvəl bildirib.


