06 
Iyn
2022
14:45
362

Baş nazir: "Dövlət Borjominin ortaq sahibi olacaq"

"Borjomi"nin səhmdarı dövlət olacaq".

lnterPress.ge xəbər verir ki, bu barədə İrakli Ğaribaşvili hökumət iclasından əvvəl bildirib.

“İqtisadiyyat Nazirliyi faktiki olaraq danışıqları yekunlaşdırıb. Bir həftədən sonra hökumət iclasında məsələ qaldıracağıq və biz “Borjomi”nin səhmdarları olacağıq. Dövlət "Borjomi"nin ortaq sahibi olacaq, - deyə Ğaribaşvili bildirib.

Baş nazir işçilərin məsələsinə də toxunub. Onun sözlərinə görə, əmək müfəttişliyi prosesə cəlb olunub.

“Bundan əvvəl müəyyən çətinliklər var. Oradakı işçilər etiraz edirlər. Bu gün mənim cənab Zura Azaraşvili ilə söhbətim oldu. Artıq əmək müfəttişliyi işə qarışıb və heç bir soydaşımıza zülm edilməyəcək. Mən bunu hamıya demək istəyirəm”, – deyə Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın