06 
Iyn
2022
10:55
207

Milli Turizm Administrasiyası may ayının statistikasını açıqlayıb

Bu ilin may ayında Gürcüstana 359 238 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2021-ci ilin may ayı ilə müqayisədə artım + 228,5% təşkil edib, beynəlxalq səyahətçilərin bərpası nisbəti isə, 2019-cu ilin məlumatı ilə müqayisədə 49,7% təşkil edib.

lnterPress.ge xəbər verir ki, Milli Turizm Administrasiyası may ayının statistikasını açıqlayıb.

Milli Turizm Administrasiyasının məlumatına görə, may ayında beynəlxalq turist səfərlərinin sayı 264 327 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə +173,9% çoxdur, 2019-cu ilin aprel ayı ilə müqayisədə isə turist səfərləri 62,3% bərpa edilib.

“2022-ci ilin yanvar-may aylarında Gürcüstana 1 180 034 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2021-ci ilin 5 ayının məlumatı ilə müqayisədə + 257,8% artıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə bərpa 39,5% təşkil edib.

2022-ci ilin ilk 5 ayında beynəlxalq turist səfərlərinin sayı 906 670 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə +213,8% çoxdur, 2019-cu ilin may ayı ilə müqayisədə isə, turist səfərləri 54,8% bərpa edilib”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər