31 
May
2022
13:53
525

Apreldə Gürcüstan iqtisadiyyatı 2,6% artıb

İlkin hesablamalara görə, 2022-ci ilin aprel ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ÜDM artımı 2,6 faiz, 2022-ci ilin dörd ayı üzrə orta göstərici isə 10,8 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu,  Geostat-ın hesabatında qeyd olunub.

“2022-ci ilin aprel ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat və anbar təsərrüfatı, mehmanxana və restoranlar, elektrik enerjisi, qaz, buxar və kondisioner təchizatı, maliyyə və sığorta fəaliyyəti, incəsənət, əyləncə, istirahət, mədən sənayesi və digər sahələrdə artım müşahidə olunub.

Tikinti, istehsal, peşə, elmi, texniki və ticarət sektorlarında azalma tendensiyası müşahidə olunub", - Geostat-ın hesabatında deyilir.

Eyni zamanda, onların verdiyi məlumata görə, Gürcüstanın özəl sektorunun (ƏDV ödəyən şirkətlər) dövriyyəsi apreldə 9,7 milyard lari təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 11,7% çoxdur.

İqtisadi artıma ixracda 32,8% artım da müsbət təsir göstərib.

Bizimlə əlaqə saxlayın