16 
May
2022
11:44
853

Gürcüstanın bu il un aldığı 4 ölkə

Ölkədə minimum buğda ehtiyatı qalıb və yaxın bir neçə gündə fəaliyyət göstərən bir neçə dəyirman fəaliyyətini dayandıracaq.

lnterPress. xəbər verir ki, bu barədə Buğda və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silagava bildirib.

Onun sözlərinə görə, sektor sahə üzrə problemlərin həlli üçün baş nazirlə görüş tələb edir.

Assosiasiyanın bəyanatına cavab olaraq, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi ölkədə buğda idxalının böyük ölçüdə un idxalı ilə əvəz olunduğunu bildirir. Onların fikrincə, ölkədə buğda unu qıtlığı yaratmağa əsas yoxdur.

"Bu gün tədarükümüz kifayət qədər çoxdur, lakin buğda yox, un şəklində var", - deyə nazirlikdən bildiriblər.

Geostatın məlumatına görə, Gürcüstanda buğda unu idxalı təxminən 11 dəfə artıb. 2022-ci ilin mart ayında ölkə ümumilikdə 2 milyon 589 min dollar dəyərində 8724 ton un alıb, ötən ilin eyni dövründə məhsulun idxalı 806 ton - 241,7 min dollar təşkil edib.

Xüsusilə ölkələrə gəlincə, Gürcüstan 2022-ci ilin mart ayında əsasən unu alıb - Rusiyadan, hansı ki, ümumi idxalın 98,7%-ni təşkil edir. Fransa, Türkiyə və İtaliyadan az miqdarda un alıb.

2021-ci ildə Gürcüstanın buğda unu aldığı 4 ölkə:
Rusiya - 8 612 ton, 2 507 milyon dollar (orta hesabla bir ton - 291 dollar);
Türkiyə - 92 ton, 57,4 min dollar (orta hesabla bir ton - 624 dollar);
İtaliya - 12,5 ton, 14 min dollar (orta hesabla bir ton - 1166 dollar);
Fransa - 8 ton, 10,2 min dollar (orta hesabla bir ton - 1 275 dollar).

Bizimlə əlaqə saxlayın