13 
May
2022
11:57
248

Polis narkotik cinayətlərinə görə 3 nəfəri saxladı

Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə görə 3 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü M.B və keçmişdə məhkum olmuş 1996-cı il təvəllüdlü N.B.-nı xüsusilə külli miqdarda narkotik tərkibli bitkini qanunsuz əkmə və becərmə, həmçinin narkotik vasitələri qanunsuz olaraq almaq və saxlamaq ittihamı ilə saxlayıblar.

Hakimin qərarı əsasında hüquq-mühafizə orqanları M.B.-nin mənzilinə baxış zamanı xüsusilə külli miqdarda narkotik maddə marixuananı və narkotik tərkibli bitkinin becərilməsi üçün nəzərdə tutulan avadanlığı sübut kimi götürüb.

Eyni Departamentin İsani-Samqori polis şöbəsinin əməkdaşları 2000-ci il təvəllüdlü D.Q.-nı külli miqdarda narkotik əkmək və becərmək ittihamı ilə Tbilisidə saxlayıb.

Polis Varketilidə, 3-cü Massivdə yerləşən binalardan birində D.Q.-nin şəxsi axtarışı zamanı 45 büküm “marixuana” narkotik vasitəni maddi sübut kimi götürüb.

Saxlanılan şəxsin mənzilinə baxış zamanı 6 ədəd çətənə kökü və narkotik tərkibli bitkinin böyüdülməsi üçün nəzərdə tutulan vasitə aşkar edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 265-ci maddələri ilə araşdırma aparılır.

Cinayətlər 4 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın