Türkiyədən gətirilən dərmanlarla bağlı nazir açıqlama verdi
Bu gün Gürcüstan aptek şəbəkələrində Türkiyədən gətirilən 400-dən çox adda dərman var. Bu ilin mart-aprel aylarında 100 mindən çox həmvətənimiz artıq Türkiyədən gətirilən dərman preparatlarını alıb və köhnə qiymətlərlə 50 milyon lari əvəzinə 15 milyon lari ödəyib.
lnterPress.ge xəbər verir ki, bu barədə bu barədə Səhiyyə naziri Zurab Azaraşvili parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı deyib.
Səhiyyə naziri Türkiyənin dərman bazarının açılmasını əhalinin dərman vasitələrinə əlçatanlığının artırılması istiqamətində atılan ən uğurlu addımlardan biri kimi dəyərləndirib.
“Bu ilin əvvəlində baş nazirin təşəbbüsü ilə biz mühüm islahat elan etdik, əczaçılıq bazarının şəffaflığı istiqamətində ki, bu da dərman vasitələrinin əlçatanlığının artırılması, onların əhalinin cibindən xərclərinin azaldılması, o cümlədən dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi və onların rasional istehlakının təşviqi deməkdir. Dərman vasitələrinə əlçatanlığı artırmaq istiqamətində uğurlu addımlarımızdan biri də Türkiyə bazarını açmaq və əhalinin xərclərinin xeyli yüksək olduğu qonşu ölkədən dərman idxal etməkdir. İslahat nəticəsində biz artıq nəzərəçarpacaq dəyişikliklərin şahidi oluruq ki, bu da öz əksini qiymətlərin 80%-ə qədər enməsində göstərir. Bu, isə əhalimiz üçün mühüm faydadır.
Türkiyədən gətirilən dərmanların keyfiyyətinə də xüsusi diqqət yetirmək istərdim. İslahatdan əvvəl şəxsən mən nazirlikdə yaradılmış xüsusi qrupla Türkiyəyə səfər etmişəm, orada Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri və iri dərman şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirildi. Biz dərman vasitələrinin istehsal prosesləri ilə yerindəcə tanış olduq və türkiyəli həmkarlarımızdan tibbin ən yüksək beynəlxalq standartlarına, o cümlədən GMP standartına cavab verən dərmanların keyfiyyətinə tam zəmanət aldıq”, - deyə Zurab Azaraşvili bildirib.
Nazir onu da qeyd edib ki, dərman vasitələrinə əlçatanlığın artırılması məqsədilə dərman vasitələrinin istinad qiymətlərinin müəyyənləşdirilməsi işlərinə başlanılıb.
Bu qiymət mexanizmi dərman qiymətlərinin tarazlaşdırılması və maliyyəyə çıxış üçün mühüm vasitədir. Referans qiymətlərin idarə edilməsi dünyanın bir çox inkişaf etmiş ölkələrində sınaqdan keçirilmiş mexanizmdir və yaxın aylarda Gürcüstanda da olacaq", - deyə Zurab Azaraşvili bildirib.
Nazirin sözlərinə görə, Türkiyə bazarını açmaqla yanaşı, cibdən alınan dərmanların maya dəyərinin aşağı salınması məqsədilə universal sağlamlıq proqramı çərçivəsində xroniki xəstəliklərin müalicəsi üçün ən çox istifadə olunan dərman vasitələri maliyyələşdirilir. Proqramın 2021-ci il büdcəsi 24 milyon larini keçib. Onun sözlərinə görə, tələbatın tam ödənilməsi üçün xroniki xəstəliklər proqramının daha da genişləndirilməsi nəzərdə tutulur.


