10 
May
2022
14:07
1047

Ədliyyə Nazirliyi Mixeil Saakaşvili ilə bağlı təklif irəli sürdü

Ədliyyə Nazirliyi Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilini “Vivamedi” klinikasına köçürməyi təklif edir.  

InterPress.ge xəbər verir ki, müvafiq bəyanatı hökumətin iclasından sonra ədliyyə naziri Rati Breqadze verib.

“Məhkum Mixeil Saakaşviliyə tibbi müalicə təyin edilib, lakin vurğulamaq lazımdır ki, o, dərmanın yalnız müəyyən hissəsini qəbul edir və bununla da öz mülahizəsinə uyğun olaraq tam müalicədən imtina edir. Həm də yeməkləri öz qərarı ilə seçir və beləliklə də öz sağlamlığını təhlükəyə atır.

Biz məsuliyyətli dövlət olaraq hər zaman hər bir insanın həyatı və sağlamlığına uyğun hərəkət edirik. Buna görə də, hər hansı digər məhbusun işində olduğu kimi, Mixeil Saakaşvilinin də vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün onu "Vivamed" klinikasına köçürməyi təklif edirik ki, orada ona araşdırmalar aparılacaq və müvafiq müalicə olunacaq", - deyib Rati Breqadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər