“Borjomi” şirkətindən onlarla işçi işdən çıxarılıb
“Borjomi” şirkəti 49 işçisini işdən çıxarıb.
lnterPress.ge xəbər verir ki, bu barədə şirkətin bəyanatında qeyd olunub.
Bəyanatda qeyd edildiyinə görə, şirkət bu gün ən böyük problemlə üz-üzədir.
“Bildiyiniz kimi, şirkətimiz bu gün ən böyük problemlə üz-üzədir. Biz ilk növbədə şirkəti xilas etmək və iş yerlərini mümkün qədər saxlamaq üçün əlimizdən gələni edirik.
İndiki vəziyyətdə biz işçilərin müqavilələrində dəyişiklik etmək məcburiyyətində qaldıq, çünki şirkətin artıq zavodda gözlədiyi saatların 100%-ni ödəmək imkanı yoxdur. Buna görə də biz işçilərə yenilənmiş şərtlər təklif etdik (bu o deməkdir ki, əlavə iş saatlarına görə 50% ödəniş - işlənmiş saatlara görə ödəniş eyni qalır), təəssüf ki, işçilərin kiçik bir hissəsi üçün məqbul olmadı, nəticədə qanunvericiliyə uyğun olaraq fabrikdə yenidənqurma prosesinə başlamaq və 49 işçinin müqavilələrinə xitam (son) vermək məcburiyyətində qaldıq.
Mövcud vəziyyəti anlayan çoxlu sayda işçilərə təşəkkür etmək istərdik və ümid edirik ki, daha da azalmalar etmək məcburiyyətində qalmayacağıq", - deyə şirkətin rəsmi açıqlamasında bildirilib.


