Qurcaanidə bir kişi çörək sexində təbii qaz sızması səbəbi ilə həyatını itirib.
lnterPress.ge xəbər verir ki, artıq hadisə yerində əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Hadisə Bakurçixe kəndində baş verib. Polis əməkdaşları səhər saatlarında 35 yaşlı kişinin meyitini aşkar ediblər. O çörək sexində işləyirdi.
Həmin şəxsin meyiti Gürcani Məhkəmə Tibb Bürosuna təhvil verilib.
