02 
May
2022
14:43
601

Maliyyə naziri: "Borjomi şirkətinin fəaliyyətini və istehsalını davam etdirməsi üçün hər bir addım atılacaq"

“Borjomi” şirkətinin istehsalı davam etdirməsi üçün hər bir addım atılacaq.

lnterpress.ge xəbər verir ki, bu barədə maliyyə naziri Laşa Xuçişvili bildirib.

O, hökumətin iclasından sonra keçirilən brifinqdə qeyd edib ki, şirkətdə xeyli adam işləyir və “Borjomi”nin fəaliyyətini bərpa etmək üçün hansı qərarın veriləcəyi yaxın vaxtlarda məlum ola bilər.

“Sanksiyaya məruz qalan şəxslər, onların aktivləri dondurulur. Bu halda, "Borjomi" həqiqətən də bəzi təsisçilərinin sanksiya siyahısında olması səbəbindən problemlə üzləşdi, təbii ki, onun əməliyyat fəaliyyətində müvafiq əksi var, əməliyyat fəaliyyəti məhduddur. Bu istiqamətdə işlər davam etdirilir ki, gürcü şirkəti sərbəst fəaliyyətini davam etdirə bilsin. Borjomi” şirkətinin fəaliyyətinin və məhsul istehsalının davam etdirilməsi üçün hər bir addım atılacaqdır. Bu şirkətdə birbaşa və ya dolayı yolla, müxtəlif şirkətlər vasitəsilə çox sayda insan işlə təmin olunur, ona görə də bu proses vacibdir.

Konkret qərarlara gəlincə, təbii ki, indi bu qərarlar barədə danışa bilmərik, lakin bu məlumatın yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını gözləyirik”, - deyə Xuçişvili bildirib.

Məlumat üçün bildirək ki, “IDS Borjomi Georgia” şirkəti bu il aprelin 29-dan etibarən Borjomidəki hər iki qablaşdırma zavodunda istehsal prosesini müvəqqəti dayandırmağa məcbur olduğunu bildirib. Açıqlamaya görə, buna səbəb Ukraynada davam edən hərbi əməliyyatlardır.
 

Bizimlə əlaqə saxlayın