02 
May
2022
13:45
685

Gürcüstanda koronavirus statistikası həftədə bir dəfə dərc olunacaq

Yeni koronavirus hadisələrinin sayı, insidentlər, müsbət göstəricilər, ölüm halları həftəlik ümumiləşdiriləcək və həftədə bir dəfə, hər çərşənbə axşamı dərc olunacaq.

lnterpress.ge xəbər verir ki,  bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, bu gündən etibarən maskadan istifadə yalnız apteklərdə, tibb müəssisələrində və ictimai nəqliyyatda məcburi olacaq. 

"Maska mayın 2-dən yalnız apteklərdə, tibb müəssisələrində və ictimai nəqliyyatda məcburi olacaq, yalnız tibb müəssisələrində, apteklərdə, metroda, avtobus və mikroavtobuslarda maskadan istifadə məcburi olacaq. Qərar Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzinin mütəxəssisləri tərəfindən yoluxma hallarının durmadan azalmasına əsaslanaraq qəbul edilib - Gündəlik olaraq, orta hesabla, 100-150 virusa yoluxma hadisəsi var və ya gündəlik ölüm halları ümumiyyətlə qeydə alınmır.

Dəyişiklik statistik məlumatların dərci qaydalarına da təsir edəcək - Yeni koronavirus hadisələrinin sayı, insidentlər, müsbət göstəricilər, ölüm halları həftəlik ümumiləşdiriləcək və həftədə bir dəfə, hər çərşənbə axşamı dərc olunacaq", - deyə məlumatda qeyd olunub.
 

Bizimlə əlaqə saxlayın