02 
May
2022
12:35
330

Baş nazir Ramazan bayramı münasibətilə hər bir müsəlmanı təbrik edir

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Gürcüstanda yaşayan hər bir müsəlmanı Ramazan bayramı münasibətilə təbrik edir.

lnterPress.ge xəbər verir ki, hökumət başçısının sözlərinə görə, bu, mənəvi təmizlənmənin, xeyirxahlığın və bir-birinə qayğının böyük bir bayramıdır.

“Böyük sevgi və hörmətlə Gürcüstanda yaşayan hər bir müsəlmanı bir ay davam edən orucun təntənəli başa çatması, böyük mənəvi təmizlənmə, xeyirxahlıq və qarşılıqlı qayğı bayramı olan Ramazan-Bayramı münasibətilə təbrik edirəm.

Biz vətənimizi əsrlər boyu birgə  qardaşlıq, dostluq yolu ilə qururuq, bu günümüz birdir, gələcəyi də birlikdə yaratmalıyıq. Ona görə də sizin sevinciniz hər birimizin sevincidir.

Ölkəmizin vətəndaşları ilə birgə bayramınıza qoşuluram, sizə sülh, firavanlıq, cansağlığı və uğurlar arzulayıram”, - deyə baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın