29 
Apr
2022
15:51
4559

DİQQƏT! Şəxsiyyət vəsiqəsinin və biometrik pasportların qiyməti artırılır

Gürcüstanda şəxsiyyət vəsiqəsi və biometrik pasportlar (xarici pasportlar) bahalaşır.

lnterPress.ge xəbər verir ki, qeyd edilən qərar artıq dərc olunub.

Dəyişikliyə əsasən, 2022-ci il mayın 1-dən elektron şəxsiyyət vəsiqəsi 30 lari deyil, 60 lari, biometrik pasportun qiyməti isə 100 lari deyil, 150 lari olacaq. Vətəndaş 10 iş günü ərzində şəxsiyyət vəsiqəsini və ya pasportunu aldıqda bu məbləği ödəməli olacaq, sürətli şəkildə aldıqda isə ödəniş artır.

Nə qədər məbləğ ödəməli olacağıq:

Gürcüstan vətəndaşının biometrik pasportu və Gürcüstan statuslu vətəndaşlığı olmayan şəxsin biometrik səyahət pasportu alması üçün:

A) 10 iş günün ərzində əldə ediləcəyi təqirdə  150 lari

B) 5 iş günü ərzində əldə ediləcəyi təqdirdə 180 lari

C) 3 iş günü ərzində əldə ediləcəyi təqdirdə 225 lari

D) 2 iş günü ərzində əldə ediləcəyi təqdirdə 300 lari

E) həmin gün əldə ediləcəyi təqdirdə 350 lari.

Gürcüstan vətəndaşının elektron şəxsiyyət vəsiqəsinin, Gürcüstanda daimi yaşayan əcnəbinin və Gürcüstan statusuna malik vətəndaşlığı olmayan şəxsin elektron yaşayış vəsiqəsi alması üçün:

A) 10 iş günü ərzində əldə ediləcəyi təqdirdə 60 lari

B) 5 iş günü ərzində əldə ediləcəyi təqdirdə 80 lari

C) 3 iş günü ərzində əldə ediləcəyi təqdirdə 100 lari

D) 2 iş günü ərzində əldə ediləcəyi təqdirdə 120 lari

E) həmin gün əldə etmək istəyən zaman 150 lari

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər