Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 132 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 654 797 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 332 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 636 520 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, ölkədə son 24 saat ərzində 3 ölüm halı qeydə alınıb və ölənlərin ümumi sayı 16 805 nəfər təşkil edib.
