Məcburi köçkünlər və ekomiqrantlar kənd təsərrüfatı avadanlığı və qurğularla təmin olunacaqlar
Məcburi köçkünlər və ekomiqrantlar kənd təsərrüfatı fəaliyyətini, qida istehsalı və emalının asanlaşdırılması üçün avadanlıq və qurğularla təmin olunacaqlar.
lnterPress.ge xəbər verir ki, bu barədə İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlərin Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Onların sözlərinı görə, qaçqınların, Ekomiqrantların və Dolanışığın Təminatı Agentliyi tərəfindən sifariş əsasında 159 məcburi köçkün üçün əl traktorları, kənd təsərrüfatı aqreqatları və çoxillik tinglər alınacaq.
“Proqramın əsas məqsədi dövlət tərəfindən mənzillə təmin olunan məcburi köçkünlərin və ekomiqrantların inteqrasiyasını təşviq etmək və onları gəlir mənbəyi ilə təmin etməkdir.
Qrant proqramının qalibləri komissiya tərəfindən əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq müəyyən edilib”, – deyə məlumatda qeyd olunub.


