25 
Apr
2022
11:29
678

Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 58 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 654 313 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 213 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 636 004 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, 3 nəfər ölüb və ölənlərin ümumi sayı  16 800 nəfər təşkil edib

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər