Pasxa bayramının yaxınlaşması ilə əlaqədar Milli Qida Agentliyi bütün Gürcüstanda yerli yumurta istehsalına, idxalçılara, topdansatış, iri və kiçik ticarət obyektlərinə, eləcə də qənnadı məmulatları ilə məşğul olan çörək zavodlarına nəzarəti gücləndirib.
lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Qida Agentliyi yayıb.
Məlumata görə, saxlanma və satış şərtləri, yararlılıq müddəti, istehsal prosesi və etiketin qanunvericiliyə uyğunluğu yoxlanılır.
“Artıq müxtəlif profilli biznes operatorlarına dövlət nəzarəti həyata keçirilib. Sənədli yoxlamalar zamanı heç bir qanun pozuntusu aşkar edilməyib. Agentlik təftiş qrupları ölkə boyu monitorinqləri davam etdirir", - deyə məlumatda bildirilib.
