19 
Apr
2022
10:42
358

İstintaq Xidməti saxta sənəd hazırlayan iki nəfəri saxladı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxta rəsmi sənəd hazırlayan və ondan istifadə edən, dələduzluq yolu ilə əlbir olaraq özgənin külli miqdarda əmlakını ələ keçirməyə cəhd edən iki nəfəri saxayıblar.

lnterPress.ge xəbər verir ki, bu cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Agentliyin məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər əcnəbi vətəndaşlardan ibarət şirkətə məxsus Kaxeti bölgəsində dəyəri 850 000 laridən çox olan 3 torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib, guya Hindistan paytaxtı Dehlidə verilmiş etibarnamələrdir və şirkətin şəriklərinin Gürcüstanda tərtib olunmuş iclasının protokolu saxtalaşdırılıb, bunun əsasında torpaq sahələrinin biri özgəninkiləşdirilib, yerdə qalan iki torpaq sahəsi isə başqa şəxsə özgəninkiləşdirilməsinə cəhd edilib.

Faktla bağlı, Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələrinin və 362-ci maddəsinin 2-ci hissəsi ilə 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan istintaq aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər