Mart ayının yaşayış minimumu açıqlandı
2022-ci ilin mart ayında əvvəlki ayla müqayisədə yaşayış minimumu 6,9 lari artıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, ötən ay əmək qabiliyyətli yaşda olan kişilər üçün yaşayış minimumu 238,2 lari olduğu halda, 2022-ci ilin fevralında bu rəqəm 231,3 lari olub.
2022-ci ilin mart ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə əmək qabiliyyətli yaşda olan kişilərin yaşayış minimumu 23,2 lari artıb. 2021-ci ilin mart ayında yaşayış minimumu 201 lari idi.
Eyni zamanda, Geostatın məlumatına görə, martda fevral ayı ilə müqayisədə orta istehlakçının yaşayış minimumu 6,1 lari artaraq 204,9 lari əvəzinə 211 lari olub. 2021-ci ilin eyni dövrünə gəldikdə isə, 2021-ci ilin mart ayında orta istehlakçının yaşayış minimumu 178,1 lari təşkil edib.
Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum ərzaq səbəti əsasında müəyyən edilir. Minimum ərzaq səbəti əmək qabiliyyətli yaşda olan insanın normal həyatı və iş qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qida miqdarını, onun tərkib elementlərinin (zülallar, yağlar və karbohidratlar) minimum miqdarını və kalorilərini ehtiva edən ərzaq məhsullarının müəyyən edilmiş normativ səbətidir.


