05 
Fev
2020
11:43
856

Çində koronavirus səbəbindən ölənlərin sayı 490 nəfərə çatıb

Çinin materik hissəsində yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 24,3 mini keçib, 490 nəfər isə bu xəstəlikdən ölüb.

InterPress.ge xəbər verir ki, bu barədə ÇXR-in Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Bu vaxta qədər rəsmi olaraq 20,4 min yoluxmanın 425 ölüm aktının qeydə alındığı bildirilmişdi.

“4 fevral gecə yarısına olan son məlumata əsasən, Dövlət Komitəsi 31 əyalətdən (rayonlar, mərkəz tabeli şəhərlər) 24 324 təsdiqlənmiş yoluxma halı, 490 nəfərin ölümü və 892 nəfərin sağalaraq xəstəxananı tərk etməsi barədə məlumatlar əldə edib”, - deyə məlumatda bildirilib.

Son sutkalarda 3,8 min yeni yoluxma müşahidə edilib. Təkcə Honkonqda 18 nəfər (1 ölü), Makaoda 10, Tayvanda 11 nəfər bu virusa yoluxub.

Bundan başqa, daha 23,2 min nəfərdə koronavirus şübhəsi aşkar olunub. Hazırda yoluxan xəstələrlə sıx əlaqədə olan təxminən 185,5 min insan nəzarətdə saxlanılır.

Bizimlə əlaqə saxlayın