11 
Apr
2022
11:19
591

Bu gündən etibarən resept yalnız generik adla yazılacaq

Aprelin 11-dən resept yalnız generik (ümumi) adla yazılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, əczaçılıq sahəsinin şəffaflığını, əhali üçün keyfiyyətli və münasib qiymətə dərman preparatlarını təmin etmək, məqsədi ilə Səhiyyə Nazirliyi əczaçılıq sahəsində islahat həyata keçirir, nəticədə həkim dərmanı yalnız generik ad altında yazmağa məcbur olacaq.

Dərmanı hansı istehsalçıdan və hansı qiymətə alacağına vətəndaş özü qərar verəcək. Xəbər 2-ci qrup əczaçılıq məhsuluna aiddir. Nazirlikdən verilən məlumata görə, əczaçı Səhiyyə Nazirliyinin hazırladığı generik dərman vasitələrinin “müsbət siyahısı”ndan ən ucuz 3 dərmanı müştərilərə təqdim edəcək.

Hərəkət planı, Səhiyyə Nazirliyi Rəqabət Agentliyinin tövsiyələrini, Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmanın nəticələrini yerli və xarici mütəxəssisləri cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alaraq hazırlayıb.

Aprelin 11-dən psixotrop dərmanların təyini qaydalarına da dəyişiklik ediləcək. Forma N2 resepti artıq material şəklində (Kağız üzərində) verilməyəcək və yalnız elektron şəkildə veriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər