Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Baş nazirin qərarı ilə dini qurumların maliyyələşdirilməsi bir milyon lari artırılıb

437
Baş nazirin qərarı ilə dini qurumların maliyyələşdirilməsi bir milyon lari artırılıb
Dinləmək üçün basın

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin qərarı ilə dini qurumların maliyyələşdirilməsi artırılıb. Sovet totalitar rejimi dövründə dini birliklərə dəymiş maddi və mənəvi zərərin qismən ödənilməsi üçün 2022-ci ilədək…

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin qərarı ilə dini qurumların maliyyələşdirilməsi artırılıb. Sovet totalitar rejimi dövründə dini birliklərə dəymiş maddi və mənəvi zərərin qismən ödənilməsi üçün 2022-ci ilədək mövcud 4,5 milyon lariyə bir milyon lari əlavə edilib.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Hökumət Administrasiyasında keçirilən müşavirədə dini qurumların rəhbərlərinə baş nazirin qərarını təqdim edib.

Dini qurumların nümayəndələri maliyyənin artırılmasına görə baş nazirə minnətdarlıqlarını bildiriblər və bunun onlar üçün çox vacib bir qərar olduğunu qeyd ediblər.

Dini qurumların maliyyələşdirilməsinin artırılmasında bir sıra mühüm məsələlər, o cümlədən kilsə üzvlərinin, din xadimlərinin və dini qurumların, dini binalarının sayı rəhbər tutuldu və Din Qurumunun qərarı və dini birliklərlə məsləhətləşmələr nəticəsində qərar alındı.

Bir milyon lari Gürcüstan hökumətinin Ehtiyat Fondundan ayrılacaq və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən dini qurumlar arasında bölüşdürüləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

İrakli Kobaxidze: 50, 100 və 150 nəfərlə Rustaveli prospektini bağlayan insanlara siyasi rəğbət bəsləyə bilmərəmAğır yol qəzası nəticəsində gənc oğlan həyatını itirdi, üç nəfər yaralandıBatumi beynəlxalq hava limanında “Beşiktaş” və “Hapoel Beer-Şeva” azarkeşləri arasında mübahisə baş veribTbilisidə genişmiqyaslı aksiya başladıİnterpolun qırmızı bülleteni ilə axtarışda olan Polşa vətəndaşı saxlanılıbSon xəbərlərə bax →