26 
Mar
2022
18:18
5725

Almaniyada yaşayan gürcüstanlı gənc qız Almaniyada təhsil almaq istəyən həmvətənlərinə müraciət edir

"Mənim adım Anna Isabeldir. Rustavi şəhərində hərbçi ailəsində anadan olmuşam. Daha sonra ailə vəziyyətimdən və maddi durumumuzdan asılı olaraq Almaniyaya köçmək məcburiyyətində qaldıq.
 İlk gəldiyim illərdə "AU-PAİR" proqramı ilə Almaniyada çalışdım. Sonra alman dilini öyrəndim və təhsilimi texniki sahədə Konstantz (Almaniya) və Zürich (İsveçrə) Universitetində davam etdirdim. İxtisasca proqramlaşdırma mühəndisiyəm. Bu sahədə öz şirkətimi yaratmışam və bir sıra şirkətlərlə ortaq işlər görürəm. Bunu sizə yazmaqda məqsədim- mən əminəm ki, bu gün Gürcüstanda mənim kimi 2002-ci ildə ölkədən ayrılmamış yaşadığım, çıxılmaz vəziyyətdə olan insanlar var. Onlara demək istəyirəm ki, heç bir zaman ümidi üzməmək və amallar uğurunda mübarizə aparmaq lazımdır. Bu həyatda insanın mübarizə aparıb nail ola bilməyəcəyi bir şeyin olduğuna inanmıram. 2018-ci ildə müdafiə etdiyim doktorluq səviyyəmə görə ən yaxşı proqramçı kimi təqaüdə layiq görüldüm.

Hörmətli gələcək tələbələr, ümid edirəm hamınız xoşbəxt və sağlamsınız. Mən illərdir ki, gənclərə Almaniyada təhsil almaq üçün köməyimi təklif edirəm. Bir neçə vaxt öncə, mən Ausbildung (təhsil) və universitetə ​​daxil olmaq istəyənlərə CV - motivasiya məktubu yazmaqda köməyimi təklif etmişdim və vurğulamışdım ki, messencerdən istifadə etmədiyim üçün e-poçt ünvanıma yazsınlar.
E-mailə yazanlara köməklik edə bildim və əgər kiməsə köməyim toxunmayıbsa üzr istəyirəm".

[email protected]

Hörmətlə: Anna İsabel

Bizimlə əlaqə saxlayın