Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 599 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 644 711 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 846 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 608 441 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, 7 nəfər ölüb və ölənlərin ümumi sayı 16 688 nəfər təşkil edib.
