14 
Mar
2022
11:03
561

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 466 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 635 975 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində  2 944 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 588 829 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, 15 nəfər ölüb və ölənlərin ümumi sayı 16 569 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər