10 
Mar
2022
18:01
430

Mövlud Çavuşoğlu: "Hər iki tərəf Türkiyənin də görüşdə iştirakını istəyirdi"

"Bu görüşün baş tutması vacibdir. Hər iki tərəf Türkiyənin də görüşdə iştirakını istəyirdi”.

InterPress.ge xəbər verir ki, bu barədə
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoulu Antalyada Ukrayna və Rusiya xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra deyib.

Çavuşoğlu görüşlərdə bütün tələblərin yerinə yetiriləcəyinə dair heç bir gözləntinin olmadığını bildirib.

“Müəyyən qərarlar yalnız rəhbərlik səviyyəsində qəbul edilə bilər. Əlbəttə, biz bütün bunlardan möcüzə gözləmirdik, lakin bu, mühüm görüş idi, çünki siyasi təmas baş verdi”, - Çavuşoğlu bildirib.

Türkiyənin xarici işlər naziri Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə Belarusda və ya Türkiyədə təkbətək görüşün mümkünlüyündən danışıb.

Bizimlə əlaqə saxlayın