Rusiya etiraf etdi- “Təəssüf ki, Ukraynada keçirilən xüsusi əməliyyat zamanı...
Rusiya Müdafiə Nazirliyi zorla müharibəyə aparılan bəzi çağırışçıların Rusiyanın Ukraynaya hücumunda iştirak etdiyini etiraf edib.
InterPress.ge xəbər verir ki, bu barədə BBC yazır.
Rusiya Müdafiə Nazirliyi bir neçə rusiyalının Ukrayna silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib.
“Təəssüf ki, Ukraynada keçirilən xüsusi əməliyyat zamanı biz bir neçə çağırışçının olduğunu aşkar etdik. Demək olar ki, bütün bu cür əsgərlər artıq geri çəkilib", - Rusiya Müdafiə Nazirliyi təkrarlanmanın qarşısını alacağını bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynada davam edən müharibədə çağırışaqədərki əsgərlərin iştirakı ilə bağlı yayılan xəbərləri təkzib etmiş və Ukraynadakı münaqişədə yalnız peşəkar hərbçilərin iştirak etdiyini bildirmişdi.
Məlumat üçün bildirək ki, Rusiyada 18-27 yaş arası bütün kişilər istisna olmaqla, bir il hərbi xidmət keçməlidirlər.


