08 
Mar
2022
11:16
982

Rusiya Qərbi qaz kəməri ilə hədələyir- Qərb Rusiya neftini qadağan etməyə davam edərsə...

Rusiya bildirib ki, Qərb Rusiya neftini qadağan etməyə davam edərsə, Almaniyaya gedən magistral qaz kəmərini bağlaya bilər.

lnterPress.ge xəbər verir ki bu barədə məlumatı BBC yayıb.

 Məlumata görə, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyanı Ukraynanı işğal etdiyinə görə cəzalandırmaq vasitəsi kimi qadağanın tətbiqi planını nəzərdən keçirir, lakin bu plan Almaniya və Hollandiya tərəfindən rədd edilib.

Bununla belə, Rusiya baş nazirinin müavini Aleksandr Novakın  bildirdiyinə görə Rusiya neftindən imtina edilməsi fəlakətli nəticələrə səbəb olacaq.

“Rusiya neftindən imtinanın dünya bazarı üçün fəlakətli nəticələri olacaq ki, bu da bir barelin qiymətinin iki dəfə artmasına gətirib çıxaracaq. Rusiya neftini Avropa bazarında tez bir zamanda əvəz etmək mümkün olmayacaq. İllər çəkəcək və Avropa xalqı üçün yenə də baha başa gələcək. Bizim müvafiq qərar qəbul etməyə və “Şimal axını 1” qaz kəməri ilə müvafiq embarqo tətbiq etməyə tam hüququmuz var”, -  deyə Novak bildirib

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər