07 
Mar
2022
20:37
420

Dmitri Peskov: "Rusiya Ukraynaya yeni ərazi iddiaları irəli sürmək fikrində deyil"

 “Rusiya Federasiyasının hərbi əməliyyatı hər an dayandırıla bilər”.

InterPress.ge xəbər verir ki, bu barədə
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 “Reuters” agentliyinə müsahibəsində o bildirib ki, rəsmi Kiyev Rusiyanın qoyduğu şərtlərə, o cümlədən Ukrayna tərəfindən hərbi əməliyyatların dayandırılmasına, Konstitusiyada neytral statusun müəyyən edilməsinə, Krımın Rusiyanın bir hissəsi kimi tanınmasına və Luqansk Xalq Respublikası və Donetsk müstəqilliyinin tanınması tələbini yerinə yetirməlidir.

“Onlar konstitusiyaya düzəliş etməlidirlər, ona görə Ukrayna istənilən bloka qoşulmaq məqsədini geri götürəcək. Biz Ukraynanın Krımı Rusiyanın bir hissəsi kimi tanımalı və eyni zamanda Luqansk və Donetsk Xalq Respublikalarının müstəqilliyini tanıması barədə də danışdıq. Hamısı budur. Bunu hər an dayandırmaq olar”, - Peskov bildirib.

“Reuters”in məlumatına görə, Peskov qeyd edib ki, Rusiya Ukraynaya yeni ərazi iddiaları irəli sürmək fikrində deyil.

“Biz faktiki olaraq Ukraynanın demilitarizasiyasını həyata keçiririk. Biz onu bitirəcəyik. Amma ən başlıcası Ukraynanın hərbi əməliyyatlarına son qoymasıdır. Onlar düşmənçiliklərini dayandırmalıdırlar və bundan sonra heç kim daha atəş açmayacaq", - Peskov bildirib.

Bizimlə əlaqə saxlayın