25 
Fev
2022
17:06
351

Sergey Lavrov: "Ukrayna Silahlı Qüvvələri silahlarını yerə atsa, əlaqə mümkündür"

"Ukrayna Silahlı Qüvvələri silahlarını yerə atsa, əlaqə mümkündür"

lnterPress.ge xəbər verir ki,  bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kreml lideri Vladimir Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlara hansı şərtlərlə razılaşacağını izah edərkən deyib.

Eyni zamanda birinci rus diplomat qeyd edib ki, heç kim Ukraynanı işğal etməyə hazırlaşmır. Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın neytral statusunu nəzərdən keçirməyə hazır olduğunu söyləyərkən yalan danışır.

“Prezident Zelenskinin əldən verdiyi imkanlar hamıya məlumdur.

Biz Ukraynanın militarizm və neonasizmdən azad edilməsinin tərəfdarıyıq ki, bu ölkənin xalqına heç bir təzyiq olmadan öz gələcəyini təyin edə bilsin”, - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, “qanın tökülməsinə görə bütün məsuliyyət Kiyev rejiminin vicdanında olacaq”. O, Ukrayna hərbçilərini “cinayətkar əmrləri yerinə yetirməməyə, silahı yerə qoyub evə getməyə” çağırıb.

Bizimlə əlaqə saxlayın