24 
Fev
2022
23:50
873

Vladimer Putin: "Rusiyanın başqa şansı yoxdur"

 Rusiya mövcud vəziyyətə hazırlaşırdı və riskləri təhlil edirdi. 

InterPress.ge xəbər verir ki, Kreml rəhbəri bunu iri iş adamları ilə görüşü zamanı deyib.

“Bildiyiniz kimi, biz hamımız elə bir dünyada yaşayırıq ki, bu və ya digər şəkildə sanksiyalar və məhdudiyyətlər siyasəti baxımından indi baş verənlərə hazırlaşırıq”, - Putin bildirib.

O, çıxışında qeyd edib ki, indi Ukraynada baş verənlər məcburi tədbirdir.

O bildirib ki, Rusiyanın başqa şansı yoxdur.

Bu gün Putin böyük biznes nümayəndələri ilə görüşündə bildirib ki, Rusiyanın iqtisadi tərəfdaşları ölkəni beynəlxalq maliyyə sistemindən çıxarmamalıdır, lakin məhdudiyyətlər olacaq.

Onun sözlərinə görə, Rusiya dünya iqtisadiyyatının bir hissəsi olaraq qalır.

“Mənə elə gəlir ki, bizim tərəfdaşlarımız da anlamalı və bizi bu sistemdən çıxarmaq vəzifəsi qoymamalıdırlar. Buna baxmayaraq, siyasi baxımdan bu məhdudiyyətlər hələ də qalacaq”, - Putin bildirib.

Bizimlə əlaqə saxlayın