18 
Fev
2022
13:17
511

Ukraynalı hərbi ekspert: “Rusiya 2008-ci ildə Gürcüstanın separatçı bölgələrində etdiyi kimi..."

“Rusiya 2008-ci ildə Gürcüstanın separatçı bölgələrində etdiyi kimi, müharibəyə başlamaq üçün ilkin şərt kimi Donetsk və Luqanskda Rusiya vətəndaşlarının maraqlarının müdafiəsindən istifadə edə bilər”, - deyə ukraynalı hərbi ekspert Nikolay Sunhurovski deyib. 

lnterPress.ge xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Kiyevdəki Razumkov Mərkəzinin ekspertinin sözlərinə görə, Moskva Cənubi Osetiya və Abxaziya vətəndaşlarına Rusiya pasportlarını payladıqdan sonra Rusiya vətəndaşlarını qorumaq bəhanəsi ilə müharibəyə başlayıb.

Rəsmi məlumatlara görə, Ukraynanın separatçı bölgələrində Moskva 720 mindən çox insana Rusiya pasportu verib. Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Donetsk və Luqansk sakinləri Rusiya pasportlarını sadələşdirilmiş qaydada ala bilərlər.

Bizimlə əlaqə saxlayın