15 
Fev
2022
16:15
423

KİV: "Rusiya Ukrayna sərhədi yaxınlığında yerləşdirilən qoşunların bir hissəsinin bazalarına qayıtdığını bildirib"

Qərb və Cənub Hərbi Dairələrin  bölmələri öz bazalarına qayıtmağa başlayır, - Rusiya mətbuatı xəbər verir.
lnterPress.ge xəbər verir ki,  Rusiya mətbuatının yaydığı məlumata əsasən bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.


"Cənub və Qərb Hərbi Dairələrinin bölmələri öz tapşırıqlarını yerinə yetirdikdən sonra onlar artıq dəmir yolu və avtomobil nəqliyyatında yerləşdirilməyə başlayıblar və bu gün öz hərbi hissələrinə doğru hərəkətə başlayacaqlar", - deyə  Konaşenkov bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Rusiya hərbçiləri bir sıra rayonlarda təlimləri davam etdirirlər.
“Rusiya Silahlı Qüvvələri əsgər və qüvvələrin əməliyyat hazırlığı üzrə silsilə irimiqyaslı təlimləri davam etdirir. Faktiki olaraq bütün hərbi dairələr, donanmalar və hava-desant qoşunları iştirak edir", -  deyə Konaşenkov bildirib.

Bizimlə əlaqə saxlayın