15 
Iyl
2021
11:23
523

Marneulidən olan idmançı qardaşlar Avropa Kuboku üçün mübarizə aparacaqlar

Luka və Kote Kapanadze "Avropa Kuboku" üzrə mübarizə aparacaqlar.

InterPress.ge xəbər verir ki, 17-18 iyul tarixlərində Marneuli Bələdiyyəsinin İdman Məktəbinin cüdoçuları, Luka və Kote Kapanadze qardaşları 73 kq-da Çex Respublikasının paytaxtı Praqada Avropa Gənclər Kuboku üçün yarışacaqlar.

Turnirdə 33 ölkədən 406 idmançı iştirak edəcək.

İdmançı qardaşlar Gürcüstan çempionatında əldə etdikləri nəticə ilə "Avropa Kuboku" da mübarizə hüququnu 73 kq çəki dərəcəsində mübarizə apararaq, finala çıxaraq birinci və ikinci yerlərə layiq görülərək qazanmışdılar.

Qeyd edək ki, "Avropa Kuboku" başlamazdan öncə Marneuli bələdiyyəsinin idman məktəbinin Facebook səhifəsində cüdoçularımıza dəstək ola bilməniz və izləmək üçün link yerləşdiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər