14 
Iyl
2021
15:02
813

Marneulidən olan idmançı ilk dəfə "Yalın yumruq" boks turnirində mübarizə aparacaq

16 iyul tarixində Şərqi Avropa Universitetində Marneulidən olan idmançı, Gürcüstanın kikboksinq çempionu Qiorqi Kimadze və peşəkar MMA döyüşçüsü Qenadi Jorjolianinin qarşı- qarşıya gələcəyi "yalın yumruq" boks turniri keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Qiorqi Kimadze interpress.ge-nin "Uğura gedən yol" verlişində açıqlama verdi.
Kimadzenin qeyd etdiyinə görə, o, bu turniri qazanacaq.

"Məğlubiyyətlə barışmayan idmançılar var, ancaq mənim üçün məğlub olmaq stimuldur. Bu elə bir idman növüdür ki, idmançı hər şeyə hazır olmalıdır. Bu turnirdə məğlub olmağı düşünmürəm, bu turnir mənim üçün çox prestijlidir , çünki rəqibim də çox yaxşı döyüşçüdür. O, qarışıq döyüş növlərində iştirak edir. Rəqibimdən daha güclü olduğumu düşünürəm, qalanlarını isə ayın 16-da rinqdə görəcəyik"- Kimadze qeyd edir.

Bu idman növü son vaxtlar sürətlə inkişaf edən bir idman növüdür. Məşhur gürcü MMA döyüşçüləri Qiqa Kuxalaşvili və Qiorqi Qoçoleşvili təxminən bir ay əvvəl "Yalın yumruq" boks təşkilatı yaratdıqlarını elan etdilər və artıq ilk böyük tədbiri də təqdim edirlər.

Bizimlə əlaqə saxlayın