28 
Yan
2020
21:44
660

Quram Maçaraşvili - Levan İzoriyanın Almaniya səfir təyin edilməsi, Gürcüstan və Almaniya arasında olan əlaqələri daha da yaxşılaşdıracaq

"Levan İzoriyanın peşəkarlığı bizim və Almaniya arasında onsuz da yaxın olan əlaqələrin gücləndirilməsinə istifadə olunmalıdır".

İnterPress.ge 1tv.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin Prosedur Məsələləri və Qaydaları Komitəsinin sədri, Quram Maçaraşvili deyib.

“Levan İzoriyanın çox böyük təcrübəsi var. O, illər ərzində Almaniyad təhsil alırdı və dərs verirdi. Bu ölkəni və Almaniya ictimaiyyətini yaxşı tanıyır.

Müvafiq olaraq, təbii və məntiqidir ki, onun bu vəzifəyə təyin edilməsi ilə, Gürcüstan və Almaniya arasında olan əlaqələr daha da yaxınlaşacaq. Levan İzoriyanın peşəkarlığı bizim və Almaniya arasında onsuz da yaxın olan əlaqələrin gücləndirilməsinə istifadə olunmalıdır”, – Quram Maçaraşvili deyib.

Qeyd edək ki, Levan İzoriya Gürcüstanın Kəşfiyyat Xidməti rəhbəri vəzifəsindən istefa edərək, işini Almaniyada Gürcüstan səfiri kimi davam edəcəyini bildirmişdi.

Bizimlə əlaqə saxlayın