Lobganidze: "Mən həmişə Marneulinin pərəstişkarı olacağam"
28 may tarixində Marneuli bələdiyyəsinin meri müavini istefa etdi.
InterPress.ge xəbər verir ki, Laşa Lobganidze bu xəbəri dünən bələdiyyə məclisi iclasında özü təsdiqləyib.
Onun açıqlamasına görə, istefa verməsinin səbəbi özəl sektora keçməsi ilə əlaqədardır. Sözügedən vəzifədə Laşa Lobganidze 2017-ci ildən bəri çalışırdı.
„Hər bir Marneuli sakininə təşəkkür etmək istəyirəm, bu məsul vəzifədə xidmət etməkdən şərəf duydum. Hər zaman Marneulinin xidmət etməyə və hər bir vətəndaşın ehtiyaclarına uyğun düzgün addımlar atmağa çalışmışam. Meriyanın əməkdaşlarına və rəhbərliyinə təşəkkür edirəm. Mən həmişə Marneulinin pərəstişkarı olacağam“ - deyə Laşa Lobganidze qeyd edib
Mer müavininin əməkdaşlarla vidalaşdığı işgüzar görüşdə merin səlahiyyətlərini icra edən Zaur Tabatadze, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Kvemo Kartlinin Dövlət Qəyyumu müavini Qiorqi Şingikaşvili, mer müavini Kənan Ömərov, Bələdiyyə Məclisinin sədrinin müavini Riçard Qiqani iştirak etdilər.
Bələdiyyə rəhbərləri göstərdiyi xidmətə görə Laşa Lobganidzeyə təşəkkür edərək uğurlar dilədilər, mer müavini vəzifəsinə isə Roin Dekanoidzeni təqdim etdilər.
Nəzərinizə çatdıraq ki, Roin Dekanoidze dövlət sektorunda çalışmış uzunmüddətli iş təcrübəsinə malik olan bir şəxsdir. Həmçinin yerli kadrdır.
“Komandanıza qoşulduğum üçün şadam. Zəhmətim və peşəkarlığımla bələdiyyəmizin yenidənqurma prosesinə töhfə verməyə hazıram. Ümid edirəm ki, bələdiyyəmizin inkişafı yolunda qarşılaşacağımız çətinliklərin öhdəsindən birlikdə gələcəyik və daha çox uğur qazanacağıq“ - deyə Roin Dekanoidze bəyan etdi.


