Tbilisi-Rustavi istiqamətində hərəkət edən nəqliyyata tətbiq edilmiş məhdudiyyət dəyişdirilir
Hərəkət məhdudiyyətinin 23:00-a çəkilməsi səbəbiylə Tbilisi-Rustavi istiqamətində hərəkət edən nəqliyyata tətbiq edilmiş məhdudiyyət də dəyişdirilir.
InterPress.ge xəbər verir ki, bu barədə "Intertrans" şirkətinin açıqlamasında deyilir.
Şirkətdən verilən məlumata görə, 19 may tarixindən etibarən "İntertrans" şirkətinin nəzdindəki nəqliyyat vasitələri fərqli qrafikə uyğun olaraq işləyəcək. Xüsusilə:
Todria küçəsində Didube istiqaməti ilə, Rustavidən son marşurut 20:00-da başa çatacaq. Tbilisidən son nəqliyyat vasitəsi 21:00-da çıxacaq;
12-ci mikrorayondan dəmir yolu vağzalı istiqaməti ilə, Rustavidən son marşurut 20:30-da başa çatacaq. Tbilisidən son nəqliyyat vasitəsi 21:30-da çıxacaq;
Köhnə bazardan dəmir yolu istiqaməti ilə, Rustavidən son marşurut 20:30-da başa çatacaq. Tbilisidən son nəqliyyat vasitəsi 21:30-da çıxacaq;
Dostluq prospektindən, konkret olaraq, Qəhrəmanlar Memorialının yaxınlığındakı ərazidən Varketili istiqaməti ilə, Rustavidən son marşurut 20:30-da başa çatacaq. Tbilisidən son nəqliyyat vasitəsi 21:30-da çıxacaq;
Rustavinin dəmir yolu vağzalından (96-cı marşurut xətti) Didube istiqaməti ilə, Rustavidən son marşurut 17:30-da başa çatacaq. Tbilisidən son nəqliyyat vasitəsi 19:00-da çıxacaq.
Pirosmani küçəsindən ( Aldaqi marşurut xətti) İdman Sarayı istiqaməti ilə, Rustavidən son marşurut 20:45-də başa çatacaq. Tbilisidən son nəqliyyat vasitəsi 21:50-də çıxacaq.
Metallurgiya fabrikasının yaxınındakı ərazidən, Qldani istiqaməti ilə, Rustavidən son marşurut 19:00-da başa çatacaq. Tbilisidən son nəqliyyat vasitəsi 21:00-da çıxacaq.
Köhnə bazarın yaxınlığındakı ərazidən, İst Point istiqaməti ilə, Rustavidən son marşurut 18:00-da başa çatacaq. Tbilisidən son nəqliyyat vasitəsi 19:20-də çıxacaq.
19-cu mikrorayondan, Mağliv korpusu istiqaməti ilə, Rustavidən son marşurut 19:00-da başa çatacaq. Tbilisidən son nəqliyyat vasitəsi 21:00-da çıxacaq;
“Rustavidən Liloya hərəkət edən mikroavtobusların hərəkət cədvəli dəyişməz olaraq qalır. (Nəqliyyat vasitələrinin hərəkət cədvəlində əlavə dəyişikliklər edilərsə, bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək).
"İntertrans" şirkəti bütün müştərilərdən şirkətin nəqliyyat vasitələrində səyahət edərkən maskadan istifadə etmələrini xahiş edir. Əks təqdirdə, şirkət sürücüsü mikroavtobusda maskadan istifadə etməyən sərnişindən nəqliyyat vasitəsini tərk etməsini xahiş edəcək", - deyilir məlumatda.


