Kaxeti polisi Ğvarelidə yaralama faktını açdı
Kaxeti polisi Ğvarelidə yaralama faktını açıb, bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
“Kaxeti Polis Departamentinin əməkdaşları, isti təqib ilə keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində 1982-ci il təvəllüdlü İ.Ğ.-nı qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah alma-saxlama-gəzdirmə ittihamı ilə saxlayıb.
Cinayət 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.
“İstintaq müəyyən etdi ki, cari ilin 5 mayında Ğvareli Bələdiyyəsinin Axalsopeli kəndində təqsirləndirilən şəxs mübahisə zamanı tanışı - 1982-ci il təvəllüdlü M.B.-nı avtomatik odlu silahdan atəş açaraq yaralayıb və hadisə yerindən qaçaraq gizlənib. Yaralı şəxs xəstəxanaya yerləşdirilib, müvafiq müaliə alır.
Hüquq-mühafizə orqanları, isti təqib ilə aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində İ.Ğ.-nı hadisədən bir neçə saat sonra Ğvareli bələdiyyəsində saxladı.
Polis sübut olaraq - avtomatik odlu silahı götürdü.
Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi, habelə 236-cı maddənin 3-cü və 4-cü maddələri ilə istintaq aparılır ki, bu da ilə qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah alma-saxlama-daşımanı nəzərdə tutur”, - deyilir DİN-in məlumatında.


